Şəhər meri seçildi, bir gün sonra öldürüldü

Şəhər meri seçildi, bir gün sonra öldürüldü
01:29 3 Yanvar 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Temisko şəhərinin meri Hiselu Mota bir qrup silahlı cinayətkar tərəfindən qətlə yetirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qətl bir gün əvvəl mer vəzifəsinin icrasına başlamış məmur qadının evində törədilib. Məlumata görə, ötən gün yerli vaxtla saat 07.00 radələrində (Bakı vaxtı ilə 17.00) dörd silahlı şəxs evin qapısını qıraraq içəri daxil olublar  və atəş açmağa başlayıblar. Hücum nəticəsində Hiselu Mota və evdə olan daha iki şəxs aldıqları çoxsaylı güllə yaralarından hadisə yerində keçiniblər.  

 

Meksika mətbuatının məlumatına görə, qatilləri “isti izlər”lə saxlamaq mümkün olub, onlardan ikisi atışma zamanı öldürülüblər.

 

Hadisənin motivləri müəyyənləşdirilir.   

 

 

Qeyd edək ki, qətl, hökumətin ictimai təhlükəsizliyə nəzarətin gücləndirilməsi üzrə “Delta” xüsusi əməliyyata başladığını elan etdikdən bir gün sonra törədilib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR