Məşhur qapıçı evləndi (FOTO)

Məşhur qapıçı evləndi (FOTO)
02:01 3 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera evlənib.

ANS PRESS-in məlumatına görə, təcrübəli qolkiper sevgilisi Patrisia Kallero ilə münasibətlərini rəsmiləşdirib.

Musleranın yaxınlarının qatıldığı nigah mərasimi vətəni Uruqvayın paytaxtı Montevideoda baş tutub. Uruqvaylı qapıçı sevgilisi Patrisia ilə 30 dekabr da subaylığın daşını atıb.Həmin gün onun nikah mərasimi olub. Kilsədəki ayin isə bu günə planlaşdırılıb.

“Bu dinimizə görə çox vacibdir. O qədər də romantik deyiləm, amma bunun üçün çox çalışdım. Sevgilim əvvəl Uruqvayda yaşayırdı, mən isə Türkiyədə. Onu yanıma gətirməliydim. Böyük əziyyətdən sonra qızın atasından icazə alaraq onu bura gətirməyə nail oldum”,-deyə Muslera bildirib. Fernando Muslera evlənəcəyi tarixini "İnstaqram" səhifəsində də izləyiciləri ilə bölüşüb.


Fernando Musleranın "İnstaqram" səhifəsi

“Toyum Uruqvayda olacaq. Ola bilsin uzaq məsafə olduğu üçün komanda yoldaşlarım gələ bilməsin. Lakin mən hamısını dəvət etmişəm. Toyumu Türkiyədə də qeyd edəcəm. Bəy paltarımı Tafarel seçib. Amma geyimin necə olacağını soruşmayın, çünki deyən deyiləm. Patrisiya bunu bilməməlidir. Həmçinin mən də onun nə geyinəcəyini bilməməliyəm”,-deyə Muslera sözlərinə əlavə edib.



Musleranın kariyerasındakı ən əhəmiyyətli dönüş nöqtəsi Cənubi Afrika Respublikasında təşkil edilən 2010 Dünya Kuboku olub. Qrup matçlarında heç qol buraxmayan uruqvaylı, Cənubi Koreya ilə oynanan ikinci dövr matçının ardından 1/4 finaldakı Qana oyununda bütün dünyanın diqqətini üzərinə çəkib. Qapıçı 2011-ci ildən "Cim Bom"un qapısını qoruyur. Türkiyədə 2015-ci ilin ən yaxşı qapıçısı seçilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR