Bakıda ilin ilk ay tutulması (FOTO)

02:26 3 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakı sakinləri təbiətin xoş bir sürprizi ilə qarşılaşıb. ANS PRESS-in xəbərinə görə, paytaxtda ay tutulması hadisəsi baş verib. Bu təbiət hadisəsi nəticəsində 22 günlük ay paytaxtın şərq tərəfində qırmızı rəngdə görünüb.

Gecə saat 1-2 radələrində baş vermiş hadisəni ANS PRESS-in əməkdaşı görüntüləyib.

Öz orbitində hərəkət edərkən ayın bəzən yerin kölgəsindən keçməsi hadisəsinə ay tutulması deyilir. Bu, planetimizin günəşlə ayın arasında qalması ilə ayın günəşdən aldığı parlaqlığı itirməsi nəticəsində baş verir. Ay saatda 3456 km sürətlə hərəkət etdiyindən ay tutulmasının müddəti 40 dəqiqə ilə 1 saat arasında dəyişir. Bu hadisə zamanı ay tamamilə yerin kölgəsində qalsa da planetimizin atmosferində sınan günəş şüaları təbii peykin üzərində əks olunur və ay mis rəngində müşahidə olunur.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR