Sığorta haqlarının 60%-dən çoxu könüllü sığortanın payına düşüb

Sığorta haqlarının 60%-dən çoxu könüllü sığortanın payına düşüb
02:48 3 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,5%-i və ya 251,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Trend-in Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 151,2 milyon manat və ya bazarın 37,5%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 11,6% böyüyüb.

11 ayda ümumi ödənişin 74,5%-i və ya 117,35 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 11,1% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 40,15 milyon manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,6 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə bu rəqəm 42,7 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28 manatdan 26,5 manata düşüb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR