Azərbaycanın U-17 yığması Sankt-Peterburqda ilk məşqinə çıxıb 

Azərbaycanın U-17 yığması Sankt-Peterburqda ilk məşqinə çıxıb 
02:58 3 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII beynəlxalq turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 2-də Sankt-Peterburqa gəlib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, yığmamız "Zenit" İdman Oyunları Sarayında ilk məşqinə çıxıb.
Xatırladaq ki, futbolçularımız turnir çərçivəsində ilk oyununu yanvarın 4-də "Peterburqski" İdman-Konsert Kompleksində Latviyanın U-19 komandasına qarşı keçirəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_U_17_yigmasi_Sankt_Peterburqda_ilk_mesqine_chixib-915916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR