İtkin düşən futbolçu ölü tapıldı

İtkin düşən futbolçu ölü tapıldı
03:39 3 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Fil Dişi Sahili millisinin sabiq müdafiəçisi Stiv Qohuri dünyasını dəyişib. Onun cəsədi Reyn çayının sahilində tapılıb. Apasport.az saytının məlumatına görə, Stiv sonuncu dəfə şərəfini qoruduğu "Steynbax"ın yeni il şənliyində görülüb.

 

Bundan sonra ondan heç bir xəbər almayan ailəsi polisə müraciət edib. Nəhayət, Reyn çayının sahilində tapılan cəsədin Stivə aid olduğu müəyyənləşib.

 

Cəsədin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Qohurinin narkotika aludəçisi olduğu və intihar etdiyi deyilir.

 

Xatırladaq ki, 34 yaşlı mərhum futbolçu karyerası ərzində "Makkabi" (Təl-Əviv), "Yanq Boyz", "Uiqan" və "Borussiya" (Münhenqladbax) kimi klubların şərəfini qoruyub.

 

O, 2015-ci ildən etibarən Almaniyanın həvəskar klubu "Steynbax"la anlaşmışdı. Qohuri Fil Dişi Sahili millisində 13 oyunda meydana çıxmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR