Aİ din xadiminin edamından narahatdır

Aİ din xadiminin edamından narahatdır
04:09 3 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini şiə din xadimi  Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunmasının  təriqətlər arasında münaqişə kimi təhlükəli fəsadlarla nəticələnə biləcəyini bildirib.  APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Federika Moqerini bu qarşıdurmanın regiona artıq xeyli zərər vurduğunu qeyd edib.   

 

Bundan başqa, Moqerini qeyd edib ki, Səudiyyə Ərəbistanının vətəndaş və siyasi azadlıqlara riayət etməməsi böyük narahatlıq yaradır.  

 

Qeyd edək ki, Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

 

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR