2 günün meri qətlə yetirildi

2 günün meri qətlə yetirildi
06:06 3 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Meksikada yeni seçilmiş mer vəzifənin ikinci günündə qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, yaşadığı evdə sui-qəsdə məruz qalmış Gizela Mota cümə günü andiçmədən sonra rəsmi olaraq Temiksko şəhərinin meri vəzifəsinə gəlmişdi.

İlkin araşdırmaya görə, silahlı hücumda 4 nəfər iştirak edib. Onlar silahla hədə qorxu gələrək, meri ailəsindən ayırıb və giriş qapılarının qarşısı apararaq orada güllələyib. Hadisə yerinə gedən polis silahlılardan ikisini atışma zamanı zərərsizləşdirib, digər iki silahlı həbs olunub.

Suiqəsdin motivləri hələ ki müəyyən edilməyib. Morelos ştatının qubernatoru Qrako Ramirez Tvitter səhifəsində Motanın ölümünü və hücumu həyata keçirənlərin ələ keçirildiyini təsdiqləyib. 2015-ci ildə Meksikada bir neçə mer və deputat qətlə yetirilmişdi. Suiqəsdlərin çoxu narkotik vastilə alveri ilə əlaqədar olur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR