"Qəbələ"nin hücumçusu karyerasını Argentinada davam etdirəcək

"Qəbələ"nin hücumçusu karyerasını Argentinada davam etdirəcək
06:18 3 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
"Qəbələ" futbol klubunun hücumçusu Fakunda Pereyra qış transfer pəncərəsi dönəmində komandadan ayrılıb.
AZƏRTAC xəbər verir ki, argentinalı futbolçu karyerasını vətənində davam etdirəcək. İyirmi səkkiz yaşlı F.Pereyra Argentinanın "Rasinq" klubu ilə müqavilə imzalayıb.
Xatırladaq ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan hücumçu cari mövsümün əvvəlindən icarə əsasında "Qəbələ"də çıxış edib və keçirdiyi 18 oyunda 5 qol vurub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR