Ötən il Mingəçevir Məşğulluq Mərkəzi 466 nəfəri daimi işlə təmin edib

Ötən il Mingəçevir Məşğulluq Mərkəzi 466 nəfəri daimi işlə təmin edib
06:18 3 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 3 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
2015-ci ildə Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 1104 nəfər işaxtaran vətəndaş müraciət edib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərin 466 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin olunub. Onların da 107-i qadın, 82-i gəncdir. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində, otel, mağaza, restoranlarda işlə təmin ediliblər. Bundan əlavə, mərkəz 10 nəfəri haqqı ödənilən ictimai işlərə, 48 nəfəri peşə hazırlığı kurslarına cəlb edib, 95 nəfərə işsiz statusu verərək müavinət ödəyib.
Mingəçevir Şəhər Əmək Birjası tərəfindən isə işsiz kimi qeydiyyatda olan 439 nəfər mövsümi xarakterli müvəqqəti işlə təmin edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Mingechevir_Mesgulluq_Merkezi_466_neferi_daimi_isle_temin_edib-915918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR