Fətullah Güləndən Hillari Klintona milyonluq dəstək

Fətullah Güləndən Hillari Klintona milyonluq dəstək
06:41 3 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

“Xidmət” hərəkatının Amerikada olan lideri Fətullah Gülən yaşadığı ölkədə keçiriləcək prezident seçkisi öncəsində demokratların namizədi Hillari Klintona 1 milyon dollarlıq ianə verib. ANS PRESS-in məlumatına görə, bu barədə yerli “Daily Caller” qəzeti xəbər yayıb.

Qəzet xəbəri manşetdən, “İmam amerikalıların vergi pullarını Hillari Klintonun kampaniyasına transfer edir. Hillari pulu geri qaytarmaq təzyiqi altında.” – başlığı ilə nəşr edib.

Xəbərdə “imam” kimi bəhs edilən şəxsin Fətullah Gülən olduğu bildirilir. Gülən dəstəkçilərinin Klintona prezident seçkisi kampaniyası üçün ianə verdiyi, Gülən – Klinton münasibətlərinin araşdırıldığı da xəbərdə qeyd edilib.

Araşdırmanı aparan müxbir Fətullah Gülənin keçmiş fəaliyyətləri barədə də geniş məlumat verib.



Bir müddət əvvəl Türkiyədə hazırlıq kurslarının bağlanması istiqamətində qanun layihəsi hazırlıqları başlayarkən Fətullah Gülən qrupu ilə Ərdoğanın rəhbərlik etdiyi AKP hökuməti arasında gərginlik yaşanmışdı. 2013-cü il dekarın 17-də Fətullah Gülənə bağlı bəzi polislər baş nazir və daxili işlər nazirlərinə xəbər vermədən ölkədə rüşvət və korrupsiya əməliyyatı keçirirlər. Hakimiyətə yaxın mətbuorqanların yazdıqlarına görə bu əməliyyatlar zamanı əsas məqsəd dövlət çevrilişi olsa da buna müvəffəq olunmayıb.

Bundan sonra Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayta “FETÖ” (Fetullahçı Terror Örgütü) və “PDY” (Paralel Dövlət Yapılanması) təşkilatlarının lideri kimi Fətullah Güləni də daxil etmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR