Bakı. Trend:
Sabirabadda evdə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 10 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şirvan şəhərində vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bizi Twitter-dən izləyin: @trend_az