ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan olunub

ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan olunub
09:03 3 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
ABŞ prezidenti Barak Obama daşqınlardan ciddi surətdə zərər çəkmiş Missuri ştatında fövqəladə vəziyyət elan edib.
AZƏRTAC RİA.novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. Prezident təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ştata əlavə federal yardım göstərilməsini qərara alıb. Məlumatda qeyd olunur ki, dekabrın 22-dən başlayaraq bu günədək davam edən fırtına, tornado, güclü külək və daşqınlar səbəbindən ştatda fövqəladə şərait yaranıb.
Ölkənin qərbində baş verən daşqınlar azı 31 nəfərin ölümünə səbəb olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_Missuri_statinda_fovqelade_veziyyet_elan_olunub-915923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR