Sabirabadda ev, Şirvanda maşın yandı

Sabirabadda ev, Şirvanda maşın yandı
09:27 3 Yanvar 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda evdə yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 10 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şirvan şəhərində vətəndaşa məxsus "Daewoo" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR