İspaniya La Liqasında 18-ci turun oyunu çərçivəsində “Levante”ni minimal hesabla məğlub edən “Atletiko” unikal nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, matçın yeganə qolunu vuran Teye bununla həm də primeroda 2016-cı ilin ilk qolunun müəllifi olub.
Maraqlıdı ki, bu il olduğu kimi bundan öncəki iki ilin də ilk qolunu məhz “Atletiko”nun futbolçuları vurublar.
Belə ki, 2014-cü ilin ilk qoluna Koke, 2015-ci ilin analoji nəticəsinə isə Antuan Qrizman imza atıb.