Əməkdar artistə həsr olunmuş pianoçular müsabiqəsi

Əməkdar artistə həsr olunmuş pianoçular müsabiqəsi
10:26 3 Yanvar 2016
33 Şou
Ölkə mətbuatı
A- A+

Bu ilin may-iyun aylarında həmyerlimiz əməkdar artist Adilə Əliyevaya həsr olunmuş pianoçuların 9-cu Beynəlxalq müsabiqəsi keçiriləcək.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, beş gün davam edəcək müsabiqə Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərlərində baş tutacaq. Müsabiqə çərçivəsində, həmçinin Azərbaycanın zəngin tarixi-mədəni irsindən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edən sərginin də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, hər iki ildən bir şərəfinə müsabiqə təşkil olunan A.Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub. Sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. Sənətkar Fransada yaşadığı 25 ildə 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dək kompakt-disk ərsəyə gətirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR