İlham Əliyevin ziyarət etdiyi stadion çökdü - FOTO

İlham Əliyevin ziyarət etdiyi stadion çökdü -   FOTO
11:27 3 Yanvar 2016
128 İdman
Ölkə mətbuatı
A- A+

Beyləqana qışın bəzəyi olan qarın yağması xoşagəlməz hadisə ilə nəticələnib. Yeni ilin ilk günlərində yağan birinci qar nəticəsində Beyləqan Şəhər Stadionu çöküb.


Adam bilmir, qarı qınasın, yoxsa şəhər icra hakimiyyətini. 2014-cü ilin avqustunda arenada əsaslı təmir və yenidənqurma işləri aparılmışdı axı. Bu məqsədlə ölkə başçısı İlham Əliyev də bölgəyə səfər etmiş, stadionun təmirdən və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdu. Görünür, ölkə başçısına xoş getsin deyə, arenanın bərpası tələsik, həm də məsuliyyətsiz yerinə yetirilib. Belə deyilsə, bəs, Beyləqan Şəhər Stadionunun dam örtüyü 1-2 sm-lik qara niyə dözməyib?


Amma yenə də şükür etməliyik. Ki, icra başçısının yarıtmaz işi sayəsində insan təlafatı olmayıb. Ona da şükür edək ki, sözügedən bölgədə futbol elə də yüksək səviyyədə inkişaf etməyib. Əks halda məmur səriştəsizliyi nəticəsində daha bir neçə ailənin gözü yaşlı qalardı.


Qeyd edək ki, stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Çox güman ki, icra başçısı da cənab prezidentə hesabat verərkən aparılan tikinti işlərinin ən yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. Ancaq sizə təqdim etdiyimiz foto pafosdan yox, reallıqdan xəbər verir. Stadionun inşası zamanı milyonların xərclənildiyi istisna deyil. Ancaq görünür ki, həmin milyonlar arenanın daha dözümlü olması üçün yox, ciblərin dolması üçün sərf olunub. (Sport7.az)



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lham-liyevin-ziyart-etdiyi-stadion-cokdu-t46551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR