Rihannanı döyən müğənni yenidən qalmaqal mərkəzində

Rihannanı döyən müğənni yenidən qalmaqal mərkəzində
11:31 3 Yanvar 2016
31 Şou
Ölkə mətbuatı
A- A+

Amerikalı müğənni Kris Braunun adı yenidən qalmaqalda hallanır. Bu dəfə məşhur R&B -ifaçısı Las-Veqas qadın döyməkdə ittiham olunur.

ANS PRESS-in məlumatına görə, zərərçəkən Lizyen Qutyerres iddia edir ki, müğənni onu üzündən vurub. Nəticədə xanımın sağ gözünün altı qaralıb. Kris Braunun belə aqressiv hərəkətinə səbəb isə xanımın onu mobil telefona çəkmək istəyi olub.

İnsident yanvarın 2-si müğənninin "Palms Hotel" mehmanxanasındakı nömrəsində qeydə alınıb. Hadisədən sonra otaqdan çıxan Lizyen dərhal polis çağırıb. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar.

Müğənninin nümayəndəsinin sözlərinə görə, Brauna qarşı iddialar əsassızdır.

Kris Braunun adı mütəmadi olaraq qalmaqallarda hallanır. Bu onun polislə olan ilk problemi deyil. 2009-cu ildə o, sevgilisi Rihannanı döyməsinə görə 5 il şərti cəza alıb.


Kris Braun və Rihanna


Kris qıza avtomobildə çoxsaylı bədən xəsarətləri yetirib hadisə yerində qaçmışdı. Az sonra müğənnni polis bölməsinə gələrək təslim olub və burda həbs olunub.

Bir neçə il sonra Kris Braun əməlindən peşman olduğunu və Rihanna ilə yenidən münasibətlərini bərpa etmək istədiyini bəyan edib. 2012-ci ildə cütlü "Birthaday Cake" mahnısına birgə klip çəkiblər. Bu ilin sentyabrında isə Braun boğazında döyülən qadın təsvir edən döymə edib.


Kris Braun və Rihannanın "Birthaday Cake" klipi


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR