ABŞ-da prezidentliyə namizəd Barak Obama və Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib

ABŞ-da prezidentliyə namizəd Barak Obama və Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib
11:52 3 Yanvar 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 Yanvar. REPORT.AZ/ ABŞ-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp İŞİD terror qruplaşmasının Hillari Klinton və Barak Obama tərəfindən yaradıldığını bildirib.
"Report" xəbər verir ki, "Associated Press" agentliyi "Youtube" kanalında Trampın Mississippidə tərəfdarları qarşısında çıxışını əks etdirən videoçarx yerləşdirib. Qeyri-adi davranışları və sözləri ilə gündəmdə qalan milyarder-siyasətçi bu dəfə Səudiyyə Ərəbistanında edam edilən 47 nəfər içərisində şiə təriqətli moizəçi Nimr əl-Nimrin olmasını öyrəndikdən sonra Tehranda Səudiyyə Ərəbistanı səfirliyi qarşısında edilən etiraz aksiyalarına və səfirliyə hücuma münasibət bildirərəkən ciddi ittiham irəli sürüb.
O, "Hillari Klinton Obama ilə birgə İŞİD-i yaradıb" deyib.
Qeyd edək ki, əvvəllər dövlət katibi postunu tutan və Demokratlar Partiyasının prezidentliyə namizəd kimi irəli sürəcəyi gözlənilən H.Klinton daim D.Trampla qarşılıqlı sözlü "hücumlar" həyata keçirir. Milyarderin son fikri isə xanım siyasətçinin "Tramp İŞİD-ə ən çox qüvvə toplayana şəxsdir" sözlərinə cavab olaraq səslənib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-prezidentliye-namized-barak-obama-ve-hillari-klintonu-i-si-d-i-yaratmaqda-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR