Minlərlə azərbaycanlı sərhəddə qala bilər

Minlərlə azərbaycanlı sərhəddə qala bilər
12:32 3 Yanvar 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan-Azərbaycan və Gürcüstan-Rusiya sərhədinə aparan yolların buz bağlaması və bu ərazidə intensiv qar yağıntıları səbəbindən hərəkət məhdudlaşdırılıb.

Anspress-in məlumatına görə, Azərbaycan sərhədinə aparan Tbilisi-Bakurtsixe-Laqoxedi trasının 20-160-cı kilometrliyində tutumu 30 nəfərdən artıq olan avtobusların, qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Yeni il bayramı ilə əlaqədar bir çox azərbaycanlıların bayram günlərində Gürcüstana üz tutması onların da bu məhdudiyyətlər nəticəsində sərhəddə ləngiməsi istisna edilmir. 

Bu arada Gürcüstan Daxili İşlər Nazirliyi 2015-ci il ərzində bu ölkəyə səfər edən azərbaycanlıların sayını açıqlayıb. Ötən 1 milyon 392 min həmyerlimiz qonşu ölkəyə istirahət və digər səbəblərlə səfər edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR