120 kiloluq ata üstündə oturduğu uşağını öldürdü

120 kiloluq ata üstündə oturduğu uşağını öldürdü
12:49 3 Yanvar 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida əyalətində 6 yaşlı uşağın ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, 123 kq çəkisi olan Ceyms Derman sözünə baxmadığını iddia etdiyi 6 yaşlı oğlunun üstündə oturub.

 

Milad axşamını Eşli Koul adlı qadın qonağı ilə keçirmək istəyən ata 6 və 7 yaşlı iki uşağını yatmağa göndərib. Amma uşaqlar yatmaq istəməyərək Ceyms və Eşlinin kompüterdə oynadığı oyuna baxmaq istəyiblər. Hiddətlənən ata uşaqlarına üzü divara dayanmağı tapşırıb. Amma 6 yaşlı uşağın hələ də oyuna baxmağı atanı özündən çıxarıb Derman uşağı altına qoyaraq oyuna davam edib. Azyaşlının fəryadlarına baxmayaraq oyuna davam edən Ceyms bir müddət uşağın öldüyünü görüb.

 

Polisə ifadə verən 7 yaşlı uşaq, “Atam onun üstündə oturub əzərək öldürdü” – deyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR