Bakıda 83 yaşlı qadın oğlunu bıçaqladı

Bakıda 83 yaşlı qadın oğlunu bıçaqladı
13:32 3 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Bakıda qəribə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, Cəfərov qardaşları küçəsində yaşayan 61 yaşlı Həsənağa Binnətov çiyinindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəsarəti yüngül olduğundan H.Binnətov ambulator müalicəyə yazılıb.

Araşdırma nəticəsində məlum olub ki, 61 yaşlı kişini anası, 1932-ci il təvəllüdlü Abbasova Ayna Məmmədrəfi qızı bıçaqlayıb. Məlum olub ki, 83 yaşlı ana oğluna mübahisə zəminində bıçaqla xəsarət yetirib.
Araşdırma davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/394923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR