Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir işləri başlayıb

13:42 3 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a teatrın direktoru İslam Həsənov məlumat verib.
Onun sözlərinə görə, teatr əsaslı şəkildə təmir ediləcək: "Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə teatrımızda təmir işlərinə başlanılıb. Təmir ilk olaraq, binanın damında aparılır. Təmir dövründə teatr bağlanmayacaq. Təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılacaq. Teatrda məşqlər aparılır, tamaşalar nümayiş etdiriləcək". 
Direktor bildirib ki, hazırda Sumqayıt teatrında Albert Kamyunun "Kaliqula" əsəri əsasında hazırlanan tamaşanın məşqləri gedir. Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsəri bu ilin ilk aylarında tamaşaçılara təqdim olunacaq.  

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/sumqayit-dovlet-dram-teatrinin-binasinda-esasli-temir-isleri-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR