Füzuli Dövlət Dram Teatrı “Qış möcüzəsi” adlı şou-proqramla uşaqları sevindirir

Füzuli Dövlət Dram Teatrı “Qış möcüzəsi” adlı şou-proqramla uşaqları sevindirir
13:53 3 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 3 yanvar, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə uşaqlar üçün “Qış möcüzəsi” adlı şou-proqram təqdim edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 20-dən etibarən teatr binasında, həmçinin rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində keçirilən şənliklər uşaqların sevincinə səbəb olub. Şənliklərdə Şaxta baba və Qar qızın, cizgi filmi və nağıl qəhrəmanlarının çıxışları uşaqlar tərəfindən maraqla qarşılanır.
Şənliyin ssenari müəllifləri teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamları Ellinaz Balaşova, Rafiq Ocaqverdiyev, Tofiqə Fətəliyeva, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.
Şou-proqram yanvarın 10-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_Dovlet_Dram_Teatri_Qis_mocuzesi_adli_sou_proqramla_usaqlari_sevindirir-915934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR