Azərbaycan hakimi “Hapoel” – “Pfeffingen” voleybol oyununa təyinat alıb

Azərbaycan hakimi “Hapoel” – “Pfeffingen” voleybol oyununa təyinat alıb
14:18 3 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Konstantin Selin Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz qadınlar arasında Çellenc kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyununu idarə edəcək. Belaruslu həmkarı Vladimir Kukaşinau ilə birlikdə meydana çıxacaq referi “Hapoel” (İsrail) – “Pfeffingen” (İsveçrə) matçına təyin olunub.
Görüş yanvarın 21-də İsraildəki “Green Hall” arenada keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR