Xameneyi Səudiyyə hökümətini hədələdi

Xameneyi Səudiyyə hökümətini hədələdi
14:37 3 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

İranın ali dini lideri Əli Xameneyi dekabrın 2-də Səudiyyə hökümətinin şiə din alimi Nimr ən-Nimri edam etməsinə münasibət bildirib.

Anspress-in xarici KİV-nə istinadən verdiyi məlumata görə, Xameneyi bu addımına görə Səudiyyə Ərəbistanı hökümətini sərt tənqid edib və bildirib ki, bu hərəkətlərinə görə Səudiyyə siyasətçilərini "müqəddəs cəza" gözləyir:

"Ər-Riyad Tehranın ən-Nimrin edamı haqqında bəyanatlarını "düşmənsayağı" qiymətləndirdi. Şübhəsiz ki, burada günahsız məzlumun qanı qanunsuz şəkildə tökülüb. Ona görə də, səudiyyə siyasətçilərini də bu addımlarına görə, müqəddəs sayılacaq bir cəza gözləyir", - deyə Xameneyi ruhani nümayəndələr qarşısında etdiyi çıxışı zamanı bildirib.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR