Prezident Bakıda işləmiş xanımla ailə qurdu - fotolar

Prezident Bakıda işləmiş xanımla ailə qurdu - fotolar
15:21 3 Yanvar 2016
76 Şou
Ölkə mətbuatı
A- A+

Estoniya prezidenti Toomas Hendrik İlves üçüncü dəfə evlənib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 62 yaşlı İlves  Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin keçmiş işçisi olan 38 yaşlı Yeva Kuptse ilə ailə qurub.

Müqəddəs Anna kilsəsində baş tutan mərasimdə cütlüyün yaxınları və dostları iştirak edib.

Hazırda Latviya Müdafiə Nazirliyində işləyən Kuptsenin Latviyanın Yunanıstandakı səfiri İvars Pundurasdan bir oğlu var.

Bu, Estoniya prezidentinin üçüncü həyat yoldaşıdır. Xatırladaq ki, İlves birinci arvadı ilə boşanandan sonra Evelin İlveslə evlənmişdi.
 
Lakin 2014-cü ildə 47 yaşlı Evelin İlves Tallindəki gecə barlarının birində tanış olduğu gənclə əylənərkən görüntüləri mətbuatda yayılıb.

Bu qalmaqaldan sonra Evelin bir müddət ölkəni tərk edib. Keçən ilin aprelində isə onlar 11 illik nikahdan sonra rəsmən boşanıblar.





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR