"Barselona"nın cəzası təsdiqləndi: Gözünüzü yığın!

"Barselona"nın cəzası təsdiqləndi: Gözünüzü yığın!
16:04 30 Dekabr 2014
138 İdman
Ölkə mətbuatı
A- A+

Aşağı yaş qrupuna alınan futbolçuların transferində qanunsuzluğa yol verdiyi üçün cəzalandırılan “Barselona” haqda yekun qərar verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (İAM) İspaniya nəhənginin cəzasında dəyişiklik etməyib.
  
Bu isə o deməkdir ki, “Barselona” 2016-cı ilin yanvarına qədər transfer etmək hüququna malik olmayacaq. Kataloniya klubu həm bu qış, həm də gələn yay heç bir oyunçu ala bilməyəcək. “Barselona” yalnız Dani Alveş kimi, müqaviləsi bitmək üzrə olan oyunçularla yeni müqavilə imzalaya və digər klublarda icarədə olan futbolçularını qaytara bilər.
  
Qeyd edək ki, “Barselona” FİFA-nın klubla bağlı verdiyi transfer qadağasına görə dekabrın 5-də İAM-a müraciət etmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR