“Milan” iki futbolçusunu icarəyə yollayır

“Milan” iki futbolçusunu icarəyə yollayır
15:29 3 Yanvar 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın “Milan” klubu iki futbolçusunun xidmətindən istifadə etməkdən imtina edib. Apasport.az saytının “footballitalia.net”ə istinadən məlumatına görə, “rassionerlər” mövsümün ilk yarısnı “Monako”da keçirmiş Stevan El Şaaravini bu dəfə də “Roma”ya icarəyə vermək istəyir.

 

Fransızlar gənc yarımmüdafiəçinin xidmətindən imtina etdikdən sonra Sinişa Mixayloviç də onu öz komandasında görmək istəmir. Belə olan halda isə “Roma” Şaaravini heyətinə cəlb etmək istəyir. Klublar arasındakı anlaşmaya görə, paytaxt təmsilçiləri əgər istəsələr 12 milyon avro ödəyərək futbolçunun transfer hüquqlarına sahib ola bilərlər.

 

“Milan” bundan əlavə hücumçusu Çerçini də icarəyə göndərmək istəyir. “Cenoa” ilə anlaşan komanda futbolçunun da razılığını aldıqdan sonra bu keçid baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR