ABŞ-da 2015-ci ildə 52 mindən çox silahlı hücum qeydə alınıb

ABŞ-da 2015-ci ildə 52 mindən çox silahlı hücum qeydə alınıb
15:43 3 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarında (ABŞ) 2015-ci ildə 52 mindən çox silahlı hücum qeydə alınıb. Bu hadisələrdə 13 min 312 nəfər həyatını itirib, təxminən 27 min nəfər yaralanıb.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, 2016-cı ilin ilk günlərində isə 95 silahlı hücum qeydə alınıb. Həmin hücumlard6a 30 nəfər ölüb, 75 nəfər yaralanıb. Federal təşkilatların məlumatlarına görə, ölkə daxilində yaşanan silahlı hücumlarda ölənlərin 6-sı azyaşlı olub. Milad günündə törədilən silahlı hücumlarda 27 nəfər həyatını itirib, 63 nəfər yaralanıb.
Ümumiyyətlə, ABŞ-da son 10 ildə silahlı hücumlar nəticəsində təxminən 300 min nəfər həyatını itirib.
ABŞ prezidenti Barak Obama ölkədəki silahlı hücumlara son qoyulmasını istəyir. Silahlı hücumların qarşısının alınmasının çətin olduğunu hər fürsətdə dilə gətirən Obama, fərdi silahlanmağa qarşı tədbirlər görülməsi barədə çağırış edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_2015_ci_ilde_52_minden_chox_silahli_hucum_qeyde_alinib-915945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR