Terror aktlarının planlaşdırılmasında şübhəli bilinən mərakeşli İtaliyadan deportasiya edilib

Terror aktlarının planlaşdırılmasında şübhəli bilinən mərakeşli İtaliyadan deportasiya edilib
15:53 3 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 3 yanvar, AZƏRTAC
İtaliya hökuməti terror aktlarının planlaşdırılmasında şübhəli bilinən mərakeşlini deportasiya edib. Terror hücumlarının təşkilində iştirak etmək istəyən Mərakeş vətəndaşı Suriyadakı münaqişə zonasına getməyi planlaşdırıb.
İtaliyanın daxili işlər naziri Ancelino Alfano məsələyə münasibət bildirərək deyib: “Mərakeşdən olan şübhəlini ölkəmizdən uzaqlaşdırmaq qərarı verilib. Çünki o, terror aktları törətmək və Suriyada münaqişə zonasına getmək niyyətində idi”.
Nazir bildirib ki, 2015-ci ildə terrora cəlb olunmaqda şübhəli bilinən 64 nəfər İtaliyadan deportasiya edilib, 259 nəfər isə dini ekstremizmi yaymaq cəhdlərinə görə həbs olunub. O, həmçinin qeyd edib ki, terrorizmlə mübarizə istiqamətində İtaliyada yaşayan 74 min nəfər nəzarətdədir.
Maqsud Dadaşov
AZƏRAC-ın xüsusi müxbiri
Roma

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR