İordaniya Səudiyyə Ərəbistanını dəstəklədi

İordaniya Səudiyyə Ərəbistanını dəstəklədi
16:57 3 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

İordaniya Tehranda Səudiyyə Ərəbistanının səfirliyinə edilən hücumu kəskin şəkildə pisləyib. 

Anspress-in RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə İordaniya hökumətinin sözçüsü Məhəmməd əl-Mumani açıqlama verib. 

"İordaniya Səduyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edir və onun radikalizm-terrorizmlə mübarizəsini dəstəkləyir. Həmçinin İran tərəfindən təzyiqləri pisləyir", - deyə hökumət rəsmisi vurğulayıb.

Məhəmməd əl-Mumani bildirib ki, Səudiyyə Ərəbistanının səfirliyinə hücum edilməsi beynəlxalq hüquq və diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı müqavilənin kobudcasına pozulmasıdır. 

Bundan əvvəl Bəhreyn hökuməti də səfirliyə hücumu qınamışdı. 

Şiə lideri şeyx Nimr ən-Nimrin edamı təkcə Səudiyyə Ərəbistanında deyil, müsəlman dünyasında kəskin etirazla qarşılanıb. İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib ki, bu hadisə Yaxın Şərqdə qeyri-sabitlik yaranmasına gətirib çıxara bilər. Din xadiminin edamına İran da öz ciddi etirazını bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR