Ronaldudan anasına 82 min avroluq hədiyyə - FOTO

Ronaldudan anasına 82 min avroluq hədiyyə - FOTO
17:17 3 Yanvar 2016
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən çox pul qazanan futbolçularından biri olan və məşhur ABŞ iqtisadiyyat jurnalı "Forbes"ə görə 2015-ci ildə təxminən 70 milyon avro qazanan "Real" Madridin portuqaliyalı ulduzu Kristianu Ronaldu anasına doğum günündə inanılmaz hədiyyə edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur futbolçu anası Dolares Eveiroya doğum günü hədiyyəsi olaraq təxminən 82 min avro dəyərində "Porsche Boxter" avtomobilini hədiyyə edib.
Portuqaliyalı futbolçunun anası Dolares Eveiro İnstaqram hesabında oğlunun hədiyyəsini paylaşaraq bu sözləri yazıb: "Oğlumun mənə hədiyyəsi olan yeni oyuncağım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR