Toy karvanında etdiklərinə görə həbs edildilər

Toy karvanında etdiklərinə görə həbs edildilər
17:54 3 Yanvar 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə avtoxuliqanlıq edən bir neçə nəfər saxlanılıb.

 

APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

 

DYP əməkdaşları toy karvanında kəskin manevrlər edən avtomobilləri təhlükəsiz şəhər kameralarının görüntülərinə əsasən müəyyən edib.

 

“VAZ 2107“ markalı avtomobilləri idarə edən Kənan Cəfərov və Sarı Məhərrəmov məhkəmənin qərarı ilə 20 sutkalıq həbs edilib, 1 il müddətinə sürücülük hüququndan məhrum olunublar.

 

Bunlardan başqa, “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq edən azyaşlı da saxlanılıb. Ona 600 manat cərimə kəsilib.

 

Hər üç avtomobil cərimə meydançasına aparılıb.

 
 
 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR