Azərbaycanda stadionun damı çöküb

Azərbaycanda stadionun damı çöküb
19:14 3 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü qar çovqunu, Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağının uçmasına səbəb olub.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, 1500 yerlik tribunanın çardağı tamamilə uçub.

 

Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA-ya stadionun dekabrın 25-dən təmirə dayandırıldığını deyib.

 

“Beyləqan şəhər stadionu uzun illər baxımsız vəziyyətdə olub. 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir işləri aparıldı. Ötən ilin sonunda dam örtüyündə yaranan nasazlıq səbəbindən, yenidən təmir işlərinə başlandı. Ötən gün axşam saatlarında isə qar çovğunu dam örtüyünün uçmasına səbəb olub. Fəsadları aradan qaldırırıq , yenidən təmir işləri aparılır”, - deyə o bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR