Təzəpir məscidinə niyə bu ad verilib?

Təzəpir məscidinə niyə bu ad verilib?
19:17 3 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

İndiki Təzəpir məscidinin yeri keçmiş zamanlarda da pir kimi tanınırdı. Bura "xəlfə (xəlifə) damı" deyirdilər. XIV əsrdə məşhur sufi Əbu Səid Abdullah bu məkanda yaşamış və öz təkyəsini qurmuşdu. Öz zamanında xeyli tanınan Əbu Səid Abdullah vəfat etdikdən sonra elə həmin yerdə dəfn olunur. O zamandan məzar camaatın ziyarətgahına çevrilir. "Xəlfə" və ya "xəlifə" sufi terminidir, məşhur təriqət başçılarının canişininə deyilir.
Milli.Az islam.az-a istinadən bildirir ki, XX əsrin əvvəllərində məzarın özü itib-batsa da, onun yeri xalq içində müqəddəs məkan və pir-ocaq kimi tanınırdı. Xeyriyyəçi Nabat xanım Aşurbəylinin vəsaiti hesabına tikilən möhtəşəm məscidin inşası 1914-cü ildə tamamlanır. Köhnə pirin yerində tikildiyinə görə məscidə "Təzəpir" deyirlər. Əbu Səid Abdullahın məzarının olduğu yer məcsidin altındakı zirzəmidədir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR