Azərbaycanda əfv sərəncamının icrası başa çatıb - YENİLƏNİB - FOTO

Azərbaycanda əfv sərəncamının icrası başa çatıb - YENİLƏNİB - FOTO
16:04 30 Dekabr 2014
110 Sosial
Ölkə mətbuatı
A- A+

15:16

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrası başa çatıb.

APA-nın məlumatına görə, sərəncamın şamil edildiyi bütün məhkumlar bu gün azadlığa buraxılıblar.
 
Qeyd edək ki, prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.
 
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.
 
Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.

----------
11:12

Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb.

Trend-in məlumatına görə, Prezidentin imzaladığı əvf sərəncamına əsasən, bu gün səhər 6 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər məhkum azadlığa buraxılıb.

Onlardan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, 9 illik azadlıqdan məhkum edilmiş, onun 5 il 10 aylıq hissəsinin cəzasını çəkmiş Quliyev Şirməmməd Məmməd oğlu əfv olunduğuna görə İlham Əliyevə təşəkkürünü bildirib: “Bayram günündə bizi ailəmizə qovuşdurduğuna görə Prezidentə minnətdarlıq edirik. Buradan çıxan kimi ailəmizin yanına gedəcəyik. Çalışacağıq ki, bir daha səhvlərə yol verməyək”.

Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə 7 il azadlıqdan məhrum edilmiş Sarıyev İman Hacı oğlu da Prezident İlham Əliyevə minnətdarlıq edib: “Bundan sonra qanunazidd əməllər törətməyəcəyəm. Bu səhvimi bir daha təkrarlamayacağam. Buradan çıxandan sonra işləmək, ailəmizi dolandırmaq lazımdır. Bunun üçün çalışacağam”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İdarə rəisi Musa Hümbətov bildirib ki, bu, cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış sayca 3-cü əfv sərəncamıdır. Bu sərəncamlar nəticəsində 300-dən çox məhkum əfv olunub.

Sonuncu sərəncama əsasən isə 87 nəfər əfv edilib ki onların da biri Türkiyə vətəndaşıdır. Əfv edilənlərin ikisi qadındır. M.Hümbətov deyib ki, əfv edilənlərdən 79 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimələrdən azad edilib.

Trend-in məlumatına görə, əfv olunanlar arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.

Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.

---------
09:01

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

APA-nın məlumatına görə, prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.
 
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.
 
Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.

Milli.Az

--------
11:43

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR