Səudiyyə Ərəbistanı İran səfirini qovur

Səudiyyə Ərəbistanı İran səfirini qovur
20:18 3 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı ölkəni tərk etmək üçün İran səfirinə 24 saat vaxt verib.

Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanı Tehranda ölkənin səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına cavab olaraq İranla diplomatik əlaqələrin pozulması haqqında qərar qəbul etdi.

Qeyd edək ki, Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR