​Hindistanda aviabazaya hücum nəticəsində 11 nəfər ölüb, 20-si yaralanıb

​Hindistanda aviabazaya hücum nəticəsində 11 nəfər ölüb, 20-si yaralanıb
20:27 3 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/ Hindistan Hərbi Hava Qüvvələrinin Pəncab ştatının Patxankotdakı bazasına terrorçu hücumu nəticəsində ən azı 11 nəfər ölüb, 20 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin birinci müavini Raciv Mehrişi məlumat verib.
"HHQ heyəti arasında 6 ölən və 8 yaralanan var; milli təhlükəsizlik qüvvələri heyəti arasında 5 nəfər ölüb və 11 nəfər yaralanıb", - deyə o qeyd edib.
Mehrişinin sözlərinə görə, əməliyyat zamanı, həmçinin 6 terrorçu zərərsizləşdirilib. Baza ərazisində 2 nəfərə yaxın terrorçu qalması ehtimalı var.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hindistanda-aviabazaya-hucum-neticesinde-11-nefer-olub-20-si-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR