Kim Çen In neytron bombası partlatmağa hazırlaşır

Kim Çen In neytron bombası partlatmağa hazırlaşır
21:01 3 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya Punqeri nüvə poliqonunda termonüvə silahlarının sınağına hazırlaşır.

ANS PRESS-in məlumatına görə, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir.


Şimali Koreya əsgərləri Punqeri nüvə poliqonunda

Cənubi Koreya ordusunun kimyəvi, bioloji və radioloji müdafiə komandanlığı tərəfindən hazırlanmış məruzədə bildirilir ki, Pxenyan artıq tritium, yəni həddindən ağır hidrogen izotopu istehsal etmək imkanına malikdir. Bu isə öz növbəsində hidrogen bombasının hazırlanması üçün lazım olan əsas maddədir.

Cənubi Koreya ordusunun kimyəvi, bioloji və radioloji müdafiə komandanlığı bildirir ki, Punqeri poliqonunda tikilmiş yeni tunel termonüvə sınaqları üçün nəzərdə tutulub. Sənəddə bildirilir ki, atom silahına malik ölkələr adətən ilk nüvə sınaqlarından 10 il sonra daha mürəkkəb silahının layihələndirilməsinə başlayırlar və Şimali Koreya da 15 illik nüvə tədqiqatları tarixində daha mürəkkəb silah aldə etmək niyyətinə düşə bilər.


ABŞ dünyanın ilk hidrogen bombasını partladır - 1952-ci il 1 noyabr

Hidrogen bombasının dağıdıcı gücü sadə elementlərdən daha mürəkkəb elementin sintezi ilə gedən nüvə reaksiyaları zamanı əldə edən edilən enerjiyə əsaslanır. Bu zaman, məsələn, iki ağır su atomundan bir helium atomu alınır və s. Belə reaksiyalar zamanı ifrat böyük enerci əldə edilir.

Dünyada ilk termonüvə partlayışı 1952-ci il noyabrın 1-də ABŞ tərəfindən həyata keçirilib. 12 avqust 1953-cü ildə isə SSRİ ilk neytron bombasını partladıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR