"Günəşli"dən daha bir neftçinin cəsədi tapıldı

"Günəşli"dən daha bir neftçinin cəsədi tapıldı
21:52 3 Yanvar 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdlən daha birinin cəsədi Türkmənistan sahillərində tapılıb.

Trend-ə yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, cəsədin şəxsiyyəti hələ ki məlum edilməyib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR