​“Günəşli” yatağında qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılıb

​“Günəşli” yatağında qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılıb
22:22 3 Yanvar 2016
102 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda “Kursor” gəmisi kişi cəsədi aşkar edib.
Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Topaz Leqenda” gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədin üzərində olan xilasedici geyimində “Azneft“ yazısı müəyyən edilib.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 8 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 21 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-yataginda-qeza-neticesinde-itkin-dusenlerden-daha-birinin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR