Adında "kvant" olan kitablar yaxşı satılır, əslində isə...

Adında "kvant" olan kitablar yaxşı satılır, əslində isə...
23:17 3 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az azadliq.org-a istinadən Yalçın İslamzadənin kitab köşəsini təqdim edir

John Gribbin (Con Qribbin) və onun "Elm tarixi", "İlk şimpanze", "Şrödinger pişiyinin izində" kitabları nədən bəhs edir?
 
Elm, obyektiv reallığa dair biliyin yeganə qaynağıdır, bilik yalnız elmi metodla əldə edilə bilər. Başqa "metod"-larla əldə edilənlər bilik deyil, təəssürat və ya arzulardır.

İkinci növ "bilik" insanın romantik, ölümsüzlük arzularının təmin edilməsindən başqa bir şey deyil. Real performansa söykənən istənilən fəaliyyət növü elmi biliyə əsaslanmalıdır.

Ancaq bu gün elm, dünyanın sadəcə bir hissəsində, kiçik bir topluluq üçün əsas avtoritetdir. Yenə dünyanın bu qismində elmin demokratikləşməsi, mümkün qədər çox sayda insan üçün anlaşılan olması, əsasən uşaq və yeniyetməlik yaşında elmə maraq yaradılması lazımınca ciddiyə alınır.

Bu gün elm araşdırmalarını olduqca dərinləşdirir və genişlədir, mümkün qədər çox insanın elmi bilik yaradılmasında iştirakı, şəxsi və ictimai qərarlarda onun nəticələrinə istinad etməsi vacibdir.

Con Qribbin, ingilis astrofizikdir, elmi fantastik əsərləri və kvant mexanikası, təkamül nəzəriyyəsi, iqlim dəyişiklikləri mövzularında yazdığı əsərlərlə tanınır, Darvin, Eynşteyn, Hokinq kimi tanınmış alimlərin bioqrafiyalarını yazıb.

"Elm tarixi" kitabı

Elm tarixini araşdırıb öyrənmək iki cəhətdən vacibdir:
- Orta məktəb və universitet dərsliklərində alimlərin qısa bioqrafiyaları və elmi uğurları elmin düz xətt üzrə, ciddi çətinlik olmadan irəlilədiyi haqda fikir yaradır.

"Dahi" adlandırılan alimlərin sanki hər hansı elmi problemə birdəfəyə yanaşaraq, nəzəriyyəni başdan sona tamamlanmış halda ortaya qoyduqları, sanki zamanın və insan zəifliklərinin təsirindən asılı olmadıqları haqda fikir yaradır.

- Elm tarxini oxumaqla "İdrak maneələri"-ni, hansı zehni baryerlərin elmi düşüncənin inkişafına mane olduğunu müşahidə etmək və dərs çıxarmaq imkanı yaranır.

Bütün insanların digər canlılara, müəyyən siyasi bölgədə yaşayanların orada yaşamayanlara, müəyyən ideologiyalara sahib olanların olmayanlara qarşı stereotipləri elmin inkişafında ciddi maneədir.

Bundan başqa, bir cəmiyyətin fərdlərinin zehinlərinə yerləşmiş ehkamlar da elmin inkişaf etməsinə mane olur.

Con Qribbinin "Elm tarixi" kitabı, Kopernikin heliosentrik modelindən etibarən elmdə bu günə qədər baş vermiş inkişafı detallı bir şəkildə təsvir edir, sadəcə astronomiya və fizikada deyil, biologiyadakı inkişafı da ehtiva edir.

"İlk şimpanze" kitabı

İnsanla şimpanze arasındakı genetik fərq vur-tut 1.4%-dir.

Molekulyar biologiya sahəsindəki araşdırmalar, insanla şimpanze arasındakı bənzərliyin proteinlər səviyyəsində də müşahidə edildiyini bildirir, quruluş olaraq insan və şimpanze hemoqlobini bir birinin eynidir.

Molekulyar biologiyadan gələn sübutlar, insanın mənşəyinə dair fosil tapıntıları təsdiqləyir, insanla şimpanze arasındakı "immunoloji məsafə"-nin olduqca yaxın olduğunu bildirir.

Kitab, təkamüllə əlaqəli şəkildə molekulyar kimya tarxini və onun əsas uğurlarını təsvir edir.

"Şrödingerin pişiyinin izində"

Kvant mexanikası populyar kültürdə məşhur olsa da, tam anlaşılması bir yana, əsasən yanlış anlaşılması ilə yadda qalıb.

Yeni çağ gopçularının kitablarını və ya təlimlərini satmaq üçün əvvəlinə "kvant" sözünü artırmaları bəs edir, ancaq bu müəlliflərin kvant mexanikasını anladıqları sual altındadır, - bütün fenomenlərə "kvant" etiketi yapışdırmaq, o fenomenin kvant fenomeni olduğunu təmin etmir.

Kvant mexanikasının anlaşılması klassik fizika biliyi olmadan mümkün deyil, çünki kvant mexanikası klassik fizika ilə həll edilməyən problemlərin həlli üçün yaradılıb.

İnsan düşüncəsindəki ən inqilabi fikirlər bu sahədə irəli sürülüb və yaradıcıları əsasən köhnə qəliblərlə düşünməyən gənclər idi.

Qribbin, kvant mexanikasındakı məşhur düşüncə təcrübəsi - "Şrödinger pişiyi" anlayışının adını verdiyi kitabı ilə klassik fizikanın yetərsizliklərini və kvant mexanikasının əsas anlayış və prinsiplərini, klassik fizika ilə müqayisəli şəkildə, kvant qanunlarını elmiliyindən güzəştə getmədən izah edir.

Bu gün kvant mexanikası istər gündəlik həyatda yerini almış tətbiqləri, istər çoxsaylı elmi təcrübələrlə təsdiqlənməsi ilə ən uğurlu elmi nəzəriyyələrdən biridir.

Qribbin, olduqca məhsuldar müəllif olub, digər elmi fantastik əsərlərin, tanınmış alimlərin bioqrafiyalarının, uşaqlar üçün elmi-kütləvi kitabların və iqlim dəyişikliyi,  təkamül nəzəriyyəsinə dair çoxsaylı kitabların da müəllifidir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11