“Azercell” “Gənc OL” tarif paketi ilə 50 faizədək endirimlər təklif edir

“Azercell” “Gənc OL” tarif paketi ilə 50 faizədək endirimlər təklif edir
23:38 3 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 yanvar, AZƏRTAC
“Azercell Telekom” MMC-nin “Gənc OL” tarif paketində endirimlər və kampaniyalar davam edir. Bu tarif paketinə qoşulanlar 50 faizədək müxtəlif endirimlərdən yararlanacaqlar.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bunun üçün abunəçi 7070 qısa nömrəsinə SMS göndərməli və ya “www.gencol.az” portalında qeydiyyatdan keçməlidir.
Tarif paketinə qoşulmaq üçün G5 və ya G8 açar sözü 7575-ə göndərilməlidir. “Gənc OL” paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilərlər. Ayda 5 manat ödəyib “Gənc OL 5” tarif paketinə qoşulmaqla istifadəçilər hər ay 2 geqabayt (GB) internet, 200 dəqiqə və 200 SMS-dən yararlanmaq imkanı qazanırlar. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra abunəçilər öz aralarında 2 qəpiyə, digər abunələrlə ölkədaxili 5 qəpiyə danışacaqlar.
“Gənc OL 8” paketi də sərfəli danışıq təklif edir. Bu tarifdə isə abunəçilər öz aralarında 4 GB mobil internet, 400 dəqiqə tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.
Qeyd edək ki, bütün “Azercell” abunəçiləri “Gənc OL” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR