​Ər-Riyad səfirliyə hücumdan sonra diplomatlarını İrandan təxliyə edir

​Ər-Riyad səfirliyə hücumdan sonra diplomatlarını İrandan təxliyə edir
01:17 4 Yanvar 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinə hücumdan sonra diplomatlarını İrandan təxliyə etməyə başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, diplomatlar artıq Dubaya yola salınır. İlkin məlumatlara görə, təqribən 50 əməkdaş təxliyə olunub.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr İranla diplomatik münasibətlərin dayandırıldığını və İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verildiyini bəyan edib.
İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/er-riyad-sefirliye-hucumdan-sonra-diplomatlarini-i-randan-texliye-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR