Gürcüstan - Azərbaycan sərhədindəki gərginliklə bağlı rəsmi açıqlama

Gürcüstan - Azərbaycan sərhədindəki gərginliklə bağlı rəsmi açıqlama
01:31 4 Yanvar 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi (FHN) kütləvi informasiya vasitələrində Azərbaycan - Gürcüstan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlər barədə açıqlama verib.

FHN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayılıb.

"FHN Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. “Mazınçay” sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranıb.

Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılıb. Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin +994125123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.

Gürcüstan - Azərbaycan və Gürcüstan - Rusiya sərhədinə aparan yolların buz bağlaması və bu ərazidə intensiv qar yağıntıları səbəbindən hərəkətin məhdudlaşdırıldığı barədə xəbərlər yayılmışdı.



Bildirilirdi ki, Azərbaycan sərhədinə aparan Tbilisi-Bakurtsixe-Laqoxedi trasının 20-160-cı kilometrliyində tutumu 30 nəfərdən artıq olan avtobusların, qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu haqda Gürcüstanın regional inkişaf və sənayə nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.

Bu arada, Gürcüstan daxili işlər nazirliyi 2015-ci il ərzində bu ölkəyə səfər edən azərbaycanlıların sayını açıqlayıb. Ötən 1 milyon 392 min həmyerlimiz qonşu ölkəyə istirahət və digər səbəblərlə səfər edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR