​Əfqanıstanda silahlılar Hindistan konsulluğuna hücum ediblər

​Əfqanıstanda silahlılar Hindistan konsulluğuna hücum ediblər
02:12 4 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Əfqanıstanın Məzari-Şərif şəhərində naməlum silahlı şəxslər Hindistan konsulluğuna hücum ediblər.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, yaraqlılar konsulluq ərazisinə keçməyə cəhd göstəriblər. Hücum Hindistanda aviabazaya basqın etmiş terrorçuların aradan qaldırılması üzrə xüsusi əməliyyat aparılan zaman törədilib.
Ölən və yaralananlar barədə məlumat yoxdur. Həmçinin yaraqlıların məhz hansı qruplaşmaya aid olduqları da açıqlanmır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-silahlilar-hindistan-konsulluguna-hucum-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR