İrandan neft açıqlaması: Bərpa edəcəyik

İrandan neft açıqlaması: Bərpa edəcəyik
02:51 4 Yanvar 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

İrana qarşı sanksiyalar qaldırıldıqdan sonra hökumət dünya neft bazarında itirdiyi payını bərpa etməyə çalışacaq. Bununla belə, İranın neft bazarına zərər vurmaq niyyəti yoxdur.

ANS PRESS-in məlumatına görə, İranın neft naziri Bican Namdar Zangane belə deyib. Nazir qeyd edib ki, hökumət iki fazalı olaraq gün ərzində neft hasilatını orta hesabla 1 milyon barel artıracaq.

İlk fazada hasilatın 500 min barel artırılacağı gözlənilir. Bu proses hökumətə qarşı sanksiyalar ləğv edildikdən 1 həftə sonra icra olunacaq. İkinci faza isə, 6 aydan sonraya planlaşdırılır.

Ötən il OPEK ölkələri hasilatı artıracaqlarına dair açıqlama verdikdən sonra Brent markalı neftin qiyməti 35 faiz aşağı düşdü. Qrup gün ərzində hasilatı 30 milyon barel müəyyən edib.


Bican Namdar Zangane - İranın neft naziri

İranın Neft Nazirliyinin OPEK-də baş nümayəndəsi Mehdi Eseli isə bildirmişdi ki, İranda hər barrel neft hasilatı 10 dollardan da daha aşağı xərclə başa gəlir.

Eseli Beynəlxalq Valyuta Fondunun hesabatında əks olunmuş neftin qiymətinin 30 dollar olması vəziyyətində belə İranın iqtisadi inkişaf sürətinin 4.5- 5% arasında olacağını ifadə edib.

Neft qiymətlərinin azalması ilə investorların regiondakı neft hasilatının aşağı xərcindən dolayı regiona gələcəklərini qeyd edən Eseli, "İranın gələn il iqtisadi inkişafı neft istehsalının iki dəfə artması və neftin qiymətinin tədricən artmasından irəli gələcəkdir. Gələn il neftin qiyməti 35 ilə 50 dollar aralığında olacaq" deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR