Rusiyadan Avropa banklarına xəbərdarlıq

Rusiyadan Avropa banklarına xəbərdarlıq
04:46 4 Yanvar 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Avropa bankları ciddi böhranla qarşılaşa bilərlər. ANS PRESS-in məlumatına görə, Rusiya "Sberbankı"nın prezidenti German Qref bu barədə açıqlama verib.

Qref Avropa Mərkəzi Bankının bank sektoruna əsassız təzyiqlər etdiyini bildirib. Onun sözlərinə görə, bu təzyiqlər sektorda böhrana səbəb ola bilər.

“Düzünü desəm, mən onların nə etdiyini anlamıram. Əgər bank sektoruna təzyiqlər etsəniz, bu sizin özünüz üçün pis nəticələr doğuracaq. Bank sektoru öz tarixində ən dramatik dövrünü yaşayır. Avropa banklarının gələcəyinə baxdıqda, onlar üçün vəziyyətin çətin olacağı görünür”, German Qref "Financial Times"a müsahibəsində belə deyib.


German Qref - Rusiya "Sberbankı"nın prezidenti

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR