Hindistanda zəlzələ baş verib, 4 nəfər ölüb

Hindistanda zəlzələ baş verib, 4 nəfər ölüb
07:48 4 Yanvar 2016
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hindistanın Myanma ilə sərhədində, Manipur ştatında 6,7 bal gücündə baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Trend-in "The Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, bazar ertəsinin gecə saatlarında baş verən təbii fəlakətin ocağı 55 km dərinlikdə olub.

Zəlzələ nəticəsində bir neçə yaşayış evi, yeni tikilmiş altı mərtəbəli bina və ticarət mərkəzinə ciddi ziyan dəyib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR